Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:15

Lənkəranda məktəblərdə dərslər dayandı


Azərbaycanın cənub bölgəsinə noyabrın 24-ü səhər saatlarından başlayaraq yağan güclü qar ciddi problemlər yaradıb.

Lerik və Yardımlı rayonlarında yenidən torpaq sürüşmələri baş verib. Yardımlının Horavar və Separadi kəndlərində 7 yerdə, Masallı-Yardımlı yolunun bir neçə hissəsində torpaq sürüşməsi və uçqunlar qeydə alınıb. Lerikin Nici kəndində torpaq sürüşməsi 1 ailənin yaşadığı evi qəzalı vəziyyətə salıb.

Qarın ağırlığından Lənkəran rayonunda yüzlərlə iri gövdəli, hündür ağaclar sınıb. Ötən gecədən başlayaraq Lənkəranın əksər yaşayış məntəqələrinə, şəhərin bəzi məhəllələrinə elektrik enerjisinin verilişi dayandırılıb. Rayonda yollar buz bağlayıb, kəndlərarası işləyən avtobuslar xəttə çıxmayıb.

İstilik sistemi olmadığından məktəblərdə dərslər dayandırılıb. /apa/
XS
SM
MD
LG