Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:50

Suriyadakı qarşıdurmalarda daha 47 nəfər öldürülüb


Dünən Suriyada polislə etirazçılar arasında baş verən qarşıdurmalarda 47 nəfər ölüb. Ölənlər arasında mülki adamlarla yanaşı müxalifətin tərəfinə keçmiş təhlükəsizlik qüvvələrinin əməkdaşları, hərbçilər də var.

Dünən Ərəb Dövlətləri Liqası Suriyaya xəbərdarlıq edib ki, əgər 24 saat ərzində müşahidəçilər qrupunun ölkəyə baş çəkməsinə razılıq verməsə ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək.

Söhbət əsasən Suriya ilə hava əlaqəsinin kəsilməsi, Dəməşqlə maliyyə razılaşmalarının dayandırılması və Suriyanın xaricdəki bank hesablarının dondurulmasından gedir.
XS
SM
MD
LG