Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:03

Ərəb Dövlətləri Lİqası Suriyaya 1 gün vaxt verib


Ərəb Dövlətləri Liqası Suriyaya xəbərdarlıq edib ki, əgər 24 saat ərzində müşahidəçilər qrupunun ölkəyə baş çəkməsinə razılıq verməsə ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək.

Belə bir qərar liqanın bu gün Qahirədə keçirilən iclasında qəbul edilib.

Söhbət əsasən Suriya ilə hava əlaqəsinin kəsilməsi, Dəməşqlə maliyyə razılaşmalarının dayandırılması və Suriyanın xaricdəki bank hesablarının dondurulmasından gedir.

Ərəb ölkələri də daxil olmaqla beynəlxalq aləm prezident Bashar Assaddan ölkədə qan tökülməsinə son qoyulmasını tələb edir.

Martdan bu yana Suriyada prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3500-dən çox adamın öldürüldüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG