Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:51

Əfqanıstanda küçə uşaqlarının acı taleyi... (Fotoqalereya)


Kabulda dul ana iki uşağı ilə dilənir, 14 iyun 2011
Kabulda dul ana iki uşağı ilə dilənir, 14 iyun 2011
Əfqanıstanda minlərlə uşaq ailələrinin maddi ehtiyacını ödəmək üçün çirkli və tozlu küçələrdə ümidsiz halda dolaşırlar.
Ən kiçiyinin 3 yaşı olan yoxsul görünüşlü uşaqlar üçün qızmar günəş altında və ya qışın soyuğunda alver etmək adi haldır. İstər hərbi bazanın ətrafında olsun, istərsə də bazarda.
Əfqanıstanda küçədə plastik torba satan uşaqlar, 10 oktyabr 2011
Əfqanıstanda küçədə plastik torba satan uşaqlar, 10 oktyabr 2011

Çoxları xırdavat satır. Onların satdıqları mallar arasında saqqız, jurnallar, hətta Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvəsinin (İSAF) keçmiş əməldaşlarının xatirələrindən görmək olar. Digərləri ayaqqabı təmizləyir, maşın yuyurlar.

KÜÇƏLƏRƏ DÜŞƏNLƏRİN SAYINI ARTIRIB
Kasıblıq Əfqan uşaqları arasında işləyən və küçələrə düşənlərin sayını artırıb.
BMT-nin qiymətləndirməsinə görə, təkcə Kabulda onların sayı 50 mindir.
Əfqanıstanda yoxsul uşaqlara dəstək proqramları həyata keçirən "Aschiana" qeyri-hökumət təşkilatının rəhbəri Məhəmməd Yousif də deyir ki, onlar küçə uşaqlarının sayının artmasına şahiddirlər. Bu küçə uşaqları arasında cinsi zorakılığa məruz qalanlar da var.
“UŞAQLARI NƏ AİLƏLƏRİ, NƏ DƏ HÖKUMƏT MÜDAFİƏ EDİR”
Kabulda qaçqın uşaqlar, 14 oktyabr 2011
Kabulda qaçqın uşaqlar, 14 oktyabr 2011

Məhəmməd Yousif deyir ki, Əfqanıstanda təcavüzlərlə bağlı milli tədqiqat və qeydiyyat nadir hallarda aparılır. Çünki bu barədə danışmaq tabu sayılır:

- Ailələr istəmirlər ki, bu hadisələr ictimailəşdirilsin, mətbuat bundan yazsın. Bu cür hadisələrin necə baş verdiyini bilmək asan deyil. Amma cinsi zorakılıq ona görə baş verir ki, uşaqları nə ailələri, nə də hökumət müdafiə edir.

Məhəmməd Yousifin fikrincə, küçə uşaqlarının sayı bu il 60 minə çatıb. 2003-cü ildə isə onların sayı 38 min olub.
Məhəmməd Yousifin sözlərinə görə, ailəni dolandırmaq yükü də uşaqların çiyninə düşüb.
Kandaharda adının çəkilməsini istəməyən 12 yaşlı oğlan da cinsi zorakılıqla üzləşib. O, ailəsinin maddi vəziyyətinin pis olması üzündən məktəbi atıb, iş ardınca küçələrə düşüb.
“SƏNİ BURA ZORLAMAQ ÜÇÜN GƏTİRMİŞİK”
Oğlan iki polis tərəfindən saxlandığını və oğurluqda günahlandırdığını xatırlayır. Deyir ki, onu polis maşınına mindirib aparıblar:
7 yaşlı Abdu Rahman Helmand əyalətində bazardan təzəcə aralanıb, 11 aprel 2010
7 yaşlı Abdu Rahman Helmand əyalətində bazardan təzəcə aralanıb, 11 aprel 2010

"Əvvəlcə biz mərkəzə gedən yolu axtardıq, sonra sürücü polis komandanlığı olan yerə döndü. Mənə dedi ki, pul oğurlamamısan, səni bura zorlamaq üçün gətirmişik. Onlar məni bir otağa saldılar. Onlara dedim ki, müsəlman olan kəs bu hərəkəti etməz.”
Oğlanın sözlərinə görə, üç adam bir neçə dəfə zorladıqdan sonra onu yolun bir kənarında qan və göz yaşı içində buraxıb gediblər.

Uşaqlar Əfqanıstanda kasıblığın ən böyük qurbanlarıdır.
30 ildir fasiləsiz davam edən müharibə nəticəsində bir çox uşaq atasını itirib. Bəzilərinin atası isə döyüşdə yaralanıb, əmək qabiliyyətini itirib. Üstəlik, onların anası yerli adət-ənənəyə görə, kənarda işləyə bilmirlər.
3 MİLYONDAN ARTIQ UŞAQ TƏHSİL ALMIR

UNICEF-in məlumatına görə, məktəb yaşlı uşaqların 30 faizindən çoxu küçələrdə işləyir. Bu isə o deməkdir ki, 3 milyondan artıq uşaq təhsil almır.
Əfqanıstanda qarlı küçələrdə dilənən uşaqlar, Kabul, 5 fevral 2010
Əfqanıstanda qarlı küçələrdə dilənən uşaqlar, Kabul, 5 fevral 2010

8 yaşlı Hasib isə səhərlər məktəbə, axşamlar işə gedir:
- Səhərlər oyanıb məktəbə gedirəm. Günün birinci yarısını məktəbdə keçirirəm, ikinci yarısında isə küçədə çay satıram. Evimizdə pul yoxdur, nə qazanıramsa, ona yemək üçün ərzaq alıram".

Beynəlxalq ictimaiyyət ötən on illiklərdə Əfqanıstanda ölkənin bərpası və inkişafı üçün milyardlarla dollar xərcləyib. Əfqanıstan Müstəqil İnsan Hüquq Komissiyasının komissarı Nader Naderi deyir ki, bu pulların uşaqlara heç bir isti-soyuğu dəyməyib.
“ƏFQAN UŞAQLARI QARANLIQ GƏLƏCƏK GÖZLƏYİR”

N. Naderi deyir ki, çoxları savadsızlıqdan, normal qidalanmamaqdan və sui- istifadələrdən əziyyət çəkir. O xəbərdarlıq edir ki, vəziyyət düzəlməsə, əfqan uşaqları qaranlıq gələcək gözləyir.
Əfqan uşaqlarının çoxu hər hansı dəstəkdən məhrumdur. Uşaqların əksəriyyəti hətta ibtidai təhsil belə ala bilmir.
Məhəmməd Yousif də deyir ki, yerli hökumət və beynəlxalq ictimaiyyət təhsilə daha çox sərmayə qoymalıdır. O əmindir ki, bu addım küçədə uşaqların sayını azaldacaq. Yousifin fikrincə, uşaqların təhsili olarsa onlar təhlükəsiz gələcək əldə edər və heç kim onları bir daha təhqir edə bilməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG