Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Fransa ilə Almaniya AB-nin müqaviləsinə düzəliş edilməsini istəyirlər


Fransa prezidenti Nikolas Sarkozy ilə Almaniyanın kansleri Angela Mekel Avropa Birliyinin müqaviləsinə düzəliş edilməsini təklif etmək fikrindədirlər.

Onların fikrincə bu düzəlişlər birlik ölkələrinin böhranlı vəziyyətlərə cəld reaksiya verməsinə imkan yaradacaq.

Sarkozy ilə Merkel cümə axşamı Strasburda İtaliyanın yeni baş naziri Mario Monti ilə görüşüblər.

Sarkozy Fransa, Almaniya və İtaliyanın vahid valyutanın qorunub saxlanmasında maraqlı olduqlarını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG