Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:14
Bu yazı Rafiq Tağı bıçaqlanandan sonra “Oxu zalı”na göndərilib, yazını çap edirdik ki... R.Tağının ölüm xəbəri çıxdı...

Azad Qaradərəli


RAFIQ TAĞI FENOMENİ

Biz onunla 94-95-ci illərdə, nisbətən cavan çağlarımızda görüşmüşdük. Mən ev-eşiyini təzəcə itirən qaçqın yazıçı, o da qələmiylə dağı-divarı deşib özünə yol axtaran bir qələm sahibi, həkim.

Əzab çəkdiyim revmatizmin və digər” izm”lərin çarəsini bulmaq üçün həkimlər nişan verdi...

Sonra mən radioda işə düzəldim və bir-birimizi az-az hallarda görməyə başladıq. Elə bilirdim bir-birimizi bir də çətin ki “görə” biləcəyik...

***
Rafiq tolamazlı atmaqda mahirdir. Özü də atdığı yayınmaz. Amma hələ onun haqsız olduğu anı müşahidə etməmişəm. Ya başa düşməyiblər, ya da Rafiq bəzən vaxtından çox qabaq səs saldığına görə bir-iki nəfər xaric, onu kütləvi şəkildə başa düşməyiblər.

Bir müdirimiz vardı. Bu allahsız özündən başqa yazıçı tanımırdı. Rafiqi də görməyə gözü yoxdu. Nə var-nə var, Rafiq onun bostanına bir yüngül daş atmışdı. “Milliyyəti,

Rafiq ədəbiyyatımızın, jurnalistikamızın katalizatorudur. Elə bir balaca ara sakitləşən kimi onun yeni bir ideyası bomba kimi partlayır. Və uzun zaman onun üstünə tökülürlər.

əsli-kökü bilinməyənin biri...” deyib yamanladığı bəs deyil, hələ onun yazılarının yayımlanmasına da qadağa qoymuşdu.

***

Və Rafiqi həbs etdilər. Bir görəydiniz əks düşərgədə necə atəşfəşanlıq idi! Onun oradakı “vətənpərvərlər” tərəfindən öldürüləcəyinə min faiz əmin idilər.

“Mənə orda çox yüksək səviyyədə olmasa da, hər halda bir sıcaq münasibət vardı. Hətta dustaqlar mənim hansı maddə ilə (milli-dini ayrı-seçkilik-filan) həbs olunduğumu biləndə təəccüblənmişdilər də.

Bir də çöldəkilərdən fərqli olaraq, oradakılar daha ayıqdırlar, hadisələri daha düzgün şərh edirlər. Bizim işimizin (“Sənət” qəzetinin redaktoru Samir Sədaqətoğlu və mənim – R.T) qurama bir iş olduğunu o saat bilmişdilər.” Bunları çox sonralar Rafiq bəy mənimlə söhbətində deyəcək.

***

Rafiqi əks cəbhədə sevməyənlərin bir neçə arqumenti vardı – bunları bilirsiniz, sadalayıb vaxt almayacam. Əslində isə Rafiqin qorxulu adam olmasının əsas səbəbi yazıçı olmağı, özü də allahına bəndəlik, AYB-a biət etməməsiydi.

Bir də ən başlıcası “Rafiq Tağıçılıq” xəstəliyi yolxucuya bənzəyirdi və bu həkim-yazıçı yoluxdurmağın yolunu hamıdan yaxşı bilməliydi. Ona görə onu əslində formal üzvlükdən – AYB-dan xaric etdilər. Sabah daha pis hadisə baş versə - bu hal
Rafiq Tağı

Rafiq Tağı

sığortalanmamışdı – “biz onu çoxdan sıralarımızdan xaric etmişik” deyə bilmək üçün əl yeri.

Özləri də bilmədən, Rafiqə böyük bir yaxşılıq elədilər – onun reklamını yapdılar.

***

Rafiqin hekayələri yenidir, hətta çox yenidir. Onun hekayələri elmi, bir az da dəqiqlədirsəm, elmi-bədii, hətta tibbi cəhətdən də dolğundur. İstər Nepal şahzadəsi Dipendranadan yazsın, istər “tikəsi Rusiyyətə atılan” Bədirdən, bu yazıçı adamların – surətlərin üstündə bir rəssam, bir cərrah, nəhayət, bir yazıçı kimi işləyir. Özü də onun obrazları elə dəqiq ştrixlərlə cızılır ki, birini digəriylə qarışıq sala bilməzsən.

***

Rafiq ədəbiyyatımızın, jurnalistikamızın katalizatorudur. Elə bir balaca ara sakitləşən kimi onun yeni bir ideyası bomba kimi partlayır. Və uzun zaman onun üstünə tökülürlər.

Çoxlu vay-həşirdən sonra bir-bir geri çəkilirlər və tam boyunlarına almasalar da, məğlubiyyəti içlərində etiraf edirlər. Elə son hadisə - Sabir məsələsi. Əslində bu günün Sabiri, bu günün Mirzə Cəlili elə Rafiq Tağı özüdür.

Mən ona “Sabir məsələsində barıtı bir az çox qoymamışdınız ki?” - deyəndə razılaşsa da, “axı mən Sabirin yüz il əvvəlki mövqeyiylə mübarizə aparmıram ki! Mən heç Sabirin yaradıcılığıyla da ilgilənmirəm, söhbət, bu günkü zamana Sabirsayağı münasibətdən gedir, milləti aşağılamaqdan gedir. Mən milləti aşağılamağın deyil, aşağılanmışın əlindən tutub qaldırmağı tərəfdarıyam. Bu gün Sabirsayağı yanaşma özü səhvdir. Yeni yanaşma metodu taplaıyıq.”

***

Bu gün ətrafımızda bir görkəmli yazıçı yaşayır. O hər gün işə gedir, işdən gəlir, ekstremal şerlər, hekayələr yazır, məqalələr yazıb bütləri sındırmağa çağırır... Bütlər də onu həbsxanaya göndərmişdilər... İndi biz ona layiq olduğu yeri göstərməliyik. Hansı yeri? Fenomenlərin yanını.

Günün bütün mövzuları

XS
SM
MD
LG