Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:50

Qafqaz Müsəlmanlar İdarəsi Məhərrəm ayının başlanması və Aşura ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, fətvada 1432-ci Hicri-qəməri ilinin artıq başa çatmaq üzrə olduğu, yeni 1433-cü ilin başlanğıcı-Məhərrəm ayının birinci gününün Miladi təqvimi ilə 2011-ci il noyabr ayının 27-nə təsadüf etdiyi bildirilir.

Fətvada Aşura gününün 2011-ci il dekabr ayının 6-na təsadüf etdiyi bildirilib. O da qeyd olunub ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır".

Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biri sayılır. İslama görə, bu ay döyüşlər qadağan edilib. Bu ay həm də Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi qəbul edilir.

Kərbəla faciəsi müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olub. Belə sayılır ki, İmam Hüseyn (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG