Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:50

Ərəb ölkələri Suriyaya qarşı sanksiyaları müzakirə edir


Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri Qahirədə Suriya hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsini müzakirə edirlər.

Buna səbəb Suriya hakimiyyətinin vəziyyətin yoluna qoyulmasıyla bağlı liqanın təklif etdiyi sülh planını rədd etməsidir.

Bu planda əsasən ordunun şəhərlərdən çıxarılması və ölkədə beynəlxalq müşahidəçilər yerləşdirilməsi nəzərdə tutulur.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 500-dən çox adamın öldürüldüyünü bildirir.
XS
SM
MD
LG