Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:02

Qarabağlıya qaz verildi


Noyabrın 24-də Salyanın Qarabağlı kəndinə 8 aylıq fasilədən sonra evlərə qaz verilməyə başlayıb.

Bu haqda AzadlıqRadiosuna Salyandakı hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.

Noyabrın 18-də kənd sakinləri Qarabağlıya qaz verilməməsinə etiraz olaraq Şirvan-Salyan yolunu bağlamışdılar. Hətta həmin aksiyadan sonra saxlananlar da olmuşdu.

Emil Məmmədli deyir ki, kəndə «Salyan Oil» şirkətindən qaz verilməsi haqda qərar çıxarılıb:

«Qarabağlıda 800 abonent var. İndilik kəndin 350-400 abonentinə qaz veriləcək. Amma dekabrın 20-dək bütün kənd qazla təmin olunmalıdır. Artıq bu yöndə işlərə başlanıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG