Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:33

«Nizami» kinoteatrı təmirdən sonra açıldı


Noyabrın 24-də Bakının «Nizami» kinoteatrı binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

1934-cü ildə istifadəyə verilmiş «Nizami» kinoteatrı «Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında» Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulub.

Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VIP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva böyük zalda və VIP zalında filmlərdən fraqmentləri izləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG