Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57

Mənzili olmyan zabitlərə və gizirlərə kirayə haqqı üçün dövlətin verdiyi kompensasiya artırılacaq


Azərbaycan Ordusunda mənzili olmayan zabit və gizirlərə kirayə haqqı üçün dövlətin verdiyi pulun məbləği gələn il artırıla bilər.

Maliyyə naziri Samir Şərifov Milli Məclisdə deyib ki, 2012-ci ilin dövlət büdcəsində bu əlavə vəsait nəzərdə tutulub.

Maliyyə naziri deyib ki, hərbi qulluqçuların mənzillə təmin edilməsi məsələsinə də baxılır. Bununla bağlı müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur.

Bakı şəhərində xidmət edən zabit və gizir üçün kirayə haqqı ayda 47 manat 50 qəpik, ailənin digər üzvlərinin hər birinə bu vəsaitin 50%, bölgədə 33 manat və ailə üzvlərinə bunun 50%-i məbləğindədir.
XS
SM
MD
LG