Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:58

Nazir vergi yükünün azaldılmasının əleyhinə çıxdı


Fazil Məmmədov
Fazil Məmmədov
Azərbaycanın vergilər naziri Fazil Məmmədov Milli Məclisdə deyib ki, “Azərbaycanda vergi yükünün aşağı salınması barədə müzakirələr yersizdir və ölkədə böyük vergi yükü yoxdur.”

Büdcə layihəsinin müzakirəsi zamanı Milli Bank sədri Elman Rüstəmov vergi yükünün azaldılmasını təklif edirdi.

Vergilər naziri isə deyir ki, Azərbaycan azad iqtisadi zona deyil və iqtisadiyyatda belə addımlara daha ehtiyatla və diqqətlə yanaşır.

Nazirin sözlərinə görə, sosial vergi Azərbaycanda sosial ayırmalarla birlikdə 21,5%, sosial ayırmalarsız 17,5% təşkil edir. Avropa İttifaqı ölkələrində isə bu göstərici 39,5%-ə bərabərdir.

F. Məmmədovun sözlərinə görə, 2 min manata yaxın gəlirin 14%-nin vergiyə cəlb olunması vacibdir. “Hansısa bankir 35% vergi verəcəksə, niyə bu, kimisə narahat edir? Kimsə çox qazanacaqsa 2 min manata qədər 14%-lə, qalanından isə 35%-lə vergisini verəcək. Bu, dünya praktikasında da var».

Həmçinin F.Məmmədov deyib ki, kənd təsərrüfatının tamamilə vergidən azad edilməsi müddəti 5 il uzadılıb və təkcə kənd təsərrüfatında bu il vergidən azad olunma nəticəsində 2,4 milyard manatadək əlavə dəyər yaradılması gözlənilir.

«Hər kəsin yaxın qohumlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar var. Təbii ki, heç kim vergini sərbəst şəkildə ürəklə ödəmir. Belə hallar dünyanın hər yerində mövcuddur."

Nazir bildirib ki, yanvar və ya mart ayından hüquqi şəxslərin «on-line» qeydiyyatına başlanacaq. İki gün əvvəl nəzarət-kassa aparatlarının «on-line» qeydiyyatına başlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG