Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:01

NATO qüvvələri ilə etnik serblər arasında toqquşma olub


Kosovanın şimalında NATO qüvvələri ilə yerli serblər arasında toqquşma baş verib. Məlumatlara görə, NATO qüvvələri serblərin qurduqları barrikadaların sökülməsinə mane olmaq istəyənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Serblər bir neçə dəfə Serbiya-Kosova arasındakı nəzarət məntəqəsini dağıtmağa cəhd göstəriblər.

Kosovanın şimalında olan serblər yaydan bəri yollarda barrikada qurublar. Buna səbəb Kosova hakimiyyətinin onların yaşadığı əraziyə alban əsilli polis və gömrük göndərməsi olub.

2008-ci ildə Kosova Serbiyadan ayrılandan sonra bir çox serblər bu ərazidə məskunlaşıb.
XS
SM
MD
LG