Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

Yol polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib


Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend-ə bildiriblər ki, sürücülər yağışlı və dumanlı havalarda sürət həddini meteoroloji və hava şəraitinə uyğun seçməlidirlər.

Məlumata görə, sürücülər günün qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdırlar.

Yol polisi piyadaları nəqliyyat axınına qarşı hərəkət etməyə çağırıb.

İdarə piyadalara yağmurlu havalarda yolun hərəkət hissəsinə çıxmamalarını tövsiyə edir.

Yol polisi sürücülərə yağışlı havalarda gölməçə olan yollardan keçəndə ehtiyatlı olmalarını, sürəti azaltmalarını məsləhət görür.

Azərbaycan sinoptiklərinin proqnozlaşdırdığı kimi, noyabrın 23-ü günortadan sonra əsasən şimal və qərb rayonlarından başlayaraq hava kəskin pisləşib, temperatur 6-8 dərəcə enib.
Sinoptiklər anomal hava şəraitinin noyabrın 26-na kimi davam edəcəyini açıqlayıblar.
Noyabrın 24-nə keçən gecədən Bakıda və ölkənin digər ərazilərində sulu qar və qar yağır.

Günün bütün mövzuları

XS
SM
MD
LG