Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:51

Yəmən prezidenti istefa razılaşmasını imzaladı


Yəmən prezidenti Ali Abdullah Saleh və müxalifət nümayəndələri Səudiyyə Ərəbistanın paytaxtı Əl-Riyadda hakimiyyətin ötürülməsi ilə bağlı razılaşma imzalayıb. Ərəb ölkələri Yəməndə yaranan böhranı həll etmək üçün bu yolu məqbul sayıb.

Saleh toxunulmazlıq müqabilində hakimiyyəti vitse-prezidentə təhvil verir.

Bu ərəfədə isə etirazçılar Yəmən paytaxtında küçədə gecələyiblər və Salehin istefası tələbini səsləndiriblər.

Saleh 30 ildən çoxdur ki, Yəməndə hakimiyyət başındadır.
Onun istefası ilə bağlı etiraz aksiyalarında polislə toqquşmalarda ölən və yaralananlar olub.
XS
SM
MD
LG