Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Rafiq Tağının müəmmalı ölümü, «Soros» Azərbaycanda yenidən qurulur


Mətbuat icmalı

Mətbuat icmalı

«Yeni Müsavat» qəzeti yazıçı Rafiq Tağının noyabrın 23-də xəstəxanada vəfat etməsindən yazır:

«Naşir Şahbaz Xuduoğlu deyir ki, ortada ciddi səhlənkarlıq faktı var. Nəyə görə Rafiq Tağı reanimasiyada tam sağalmadan ümumi palataya köçürüldü? Ciddi şübhələr və bunlar araşdırılmalıdır».

Hüquqşünas Xalid Bağırov isə bildirib ki, bu olayla bağlı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsiylə cinayət işi açılmalıdır: «Rafiq Tağı ictimai şəxs idi. Ona qarşı törədilmiş bu hadisə ictimai təhlükəsizliyə qarşı yönəldilmiş əməl hesab olunur».

«SOROS» AZƏRBAYCANDA YENİDƏN QURULUR

«Azadlıq» qəzeti: «Dünən mediada Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu «SOROS»un Azərbaycandakı fəaliyyətinin dayandırıldığı barədə məlumat yayılıb. Yerli QHT rəhbərlərindən biri bildirib ki, fondun 5 əməkdaşı istisna olmaqla yerdə qalan bütün işçiləri işdən xaric olunub. 5 əməkdaş isə başa çatmayan layihələrlə əlaqədar olaraq işdə saxlanılıb. «SOROS»un Azərbaycanda bölməsinin İdarə Heyətinin sədri Mehman Əliyevlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirməyə çalışdıq. M.Əliyev bildirdi ki, «SOROS»un fəaliyyətini dayandırması ilə bağlı məlumat həqiqətə uyğun deyil:

«SOROS» Fondu Azərbaycanda bundan sonra da fəaliyyətini davam etdirəcək. Sadəcə olaraq təşkilatın yenidən qurulmasına qərar verilib. Qurum əvvəlkindən fərqli prinsiplər və yeni əsaslar əsasında fəaliyyət Əli Hüseyn

Əli Hüseyn

göstərəcək…»».

ƏLİ HÜSEYN «JEK»LƏRİN LƏĞVİNİ TƏLƏB EDİR

«Bizim yol» qəzeti noyabrın 23-də parlamentdə keçirilmiş büdcə müzakirələrindən yazır. Deputat Əli Hüseyn Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin yaradılması təklifi ilə çıxış etdi: «Belə agentlik yaradılsa, bu, Azərbaycanı beynəlxalq məsələlərdə leqal şəkildə təmsil edə bilər. «Bunu mən özümdən demirəm» söyləyən Ə.Hüseyn dünya təcrübəsinə əsaslandığını vurğulayıb.

Daha sonra deputat «YEK»lər məsələsinə toxunaraq bu qurumların sovetdənqalma olduğunu və öz işlərini yerinə yetirə bilmədiklərini qeyd etdi: «Bunlara Mənzil İstismar Sahələri deyirlər, amma adi mənzil münasibətlərinin nə olduğunu bilmirlər. Hesab edirəm ki, bu məsələlər bələdiyyə və digər icra qurumları arasında müəyyənləşməlidir və səlahiyyətləri onların əlindən alınmalıdır».

«Azərbaycan» qəzeti noyabrın 23-də Bakıda açılmış «BakuTel-2011» 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransından yazı və fotolar dərc edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG