Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Yəmən prezidenti hakimiyyətdən gedir


Yəmən prezidenti Ali Abdullah Saleh Səudiyyə Ərəbistanında hakimiyyətin verilməsilə bağlı razılaşmanı imzalayıb.

Müxalifətlə prezident arasındakı bu razılaşma Fars körfəzi ölkələrinin vasitəciliyi ilə əldə olunub.

Sənəddə hakimiyyətin verilməsi əvəzində prezident və onun yaxın ətrafının cinayət məsuliyyətinə cəlb edilməməsi və ölkədə azad seçkilər keçirilməsi nəzərdə tutulur.

Saleh imza mərasimindən sonra Yəmənə dönməyəcək, müalicə üçün Nyu-Yorka yollanacaq.

O 30 gün ərzində formal prezident olacaq.

Bu ilin əvvəllərindən ölkədə mövcud rejimə qarşı kütləvi aksiyalar keçirilir.

Prezident Ali Abdullah Saleh 30 ildən çoxdur ki, hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG