Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

İraqda Azərbaycan səfirliyi açılacaq


Xarici işlər naziri Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri, Adil
Muheydər Razi əl-Malikini qəbul edib. ANS PRESS-in məlumatına görə, görüşdə ticarət, iqtisadi və texniki sahələr də daxil olmaqla iki ölkə arasındakı əlaqələrin inkişafı müzakirə olunub.

Əl-Maliki bu əməkdaşlığa təkan vermək üçün İraqda Azərbaycan səfirliyinin açılmasının vacibliyini vurğulayıb.

Elmar Məmmədyarov isə iki ölkə arasında xüsusilə enerji sahəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətli olacağını bildirib.

O İraqda Azərbaycan səfirliyinin açılması barədə artıq qərar qəbul edildiyini və yaxın zamanlarda səfirliyin fəaliyyətə başlayacağını bildirib.
XS
SM
MD
LG