Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:31

Abdulla Gül: " Suriyada hakimiyyət dəyişməlidir"


Ərəb Dövlətləri Liqası ölkələri cümə axşamı Qahirədə yenidən Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Liqa artıq Suriyanın təşkilatda üzvlüyünü dayandırıb və Dəməşqə qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

Hüquq müdafiəçilərinin sözlərinə görə çərşənbə günü Suriyada daha 4 adam öldürülüb.

Bundan əvvəl isə Homs və Hama şəhərində 20-dən çox adam öldürülüb.

Türkiyə bir daha Suriya hakimiyyətini kəskin tənqid edib.

Prezident Abdulla Gül Londona səfəri zamanı bildirib ki, vəziyyətdən yeganə çıxış yolu hakimiyyətin dəyişməsidir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG