Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:28

Sorğu: Azərbaycanda qadınlar eyni işə görə daha az maaş almalarından şikayətlənirlər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycanın 4 bölgəsində apardığı sorğu iş yerlərində qadınların ayrı-seçkiliyə məruz qaldığını göstərib.

18-65 yaş arasında çalışan qadınların Lənkəranda 19 faizi, Qubada 18, Mingəçevirdə 19, Gəncədə isə 16 faizi deyib ki, eyni işə görə onlara kişilərə nisbətən daha az maaş verirlər.

Bunları AHIK-in “İş yerlərində qadınların gender diskriminasiyasına qarşı mübarizə” adlı sorğu-araşdırması bildirir.

Sorğuda iştirak edənlərin 35%-i öz hüquqlarını bilmədiyini deyib.
XS
SM
MD
LG