Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Yəmənin paytaxtı Sanada toqquşma olub


Yəmənin paytaxtı Sanada prezident Ali Abdullah Salehə sadiq qüvvələrlə qəbilə başçısı Shekh Sadiq al Ahmadın tərəfdarları arasında toqquşma olub.

Yerli sakinlər həmçinin şəhərin rayonlarından birində partlayışlar olduğunu xəbər verirlər.

Toqquşma Salehin hakimiyyətin verilməsilə bağlı razılaşma imzalamaq üçün Səudiyyə
Ərəbistanına getməsi xəbərindən sonra baş verib.

Qonşu ölkələrin təklif etdikləri sənəddə hakimiyyətin verilməsi əvəzində prezident və onun yaxın ətrafının cinayət məsuliyyətinə cəlb olunmaması nəzərdə tutulur.

10 aydır ki, Yəməndə prezident Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

O 30 ildən artıqdır ki, hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG