Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

Qahirədə azı 3 nümayişçi öldürülüb


Misirin paytaxtı Qahirədə polislə toqquşmada azı 3 nümayişçi ölüb.

Bu barədə yerli həkimlər xəbər verirlər.

Şəhərin mərkəzi meydanına minlərlə adam yığışıb.

Nümayişçilər ali hərbi şuranın rəhbəri, feld marşal Hussein Tantawinin istefasını tələb edirlər.

Keçmiş prezident Hosni Mubarakın devrilməsindən bu yana ölkəni ali hərbi şura idarə edir.

Noyabrın 28-də ölkədə parlament, iyunadək isə prezident seçkisi keçirilməlidir.

Nümayişçilər ali həri şuranı islahat aparmamaq və hakimiyyətdən getmək istəməməkdə ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG