Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01
Azərbaycanda nikaha girən şəxslərin tibbi arayış alması məcburi olacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə belə deyib.

H.Rəcəbli qeyd edib ki, həm nikah dövründə, həm də boşanma zamanı bir sıra problemlər ortaya çıxır:

«Gənclər nikaha girirlər, sonra məlum olur ki, oğlan narkomandır, yaxud hər ikisi talassemiya xəstəliyinin daşıyıcısıdır və dünyaya gətirdikləri övlad da xəstə olacaq. Bütün bunlar onu göstərir ki, nikaha girənlər bir-birlərinə mütləq tibbi arayış təqdim etməlidirlər».

H.Rəcəbli bildirib ki, burada konfidensiallıq məsələsi var, nikaha girən gənclər və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsinin rəisi, bir də həkimlər sirr daşıyıcısı olacaqlar:

«Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsinin rəisinə sirr daşıyıcısı subyekti statusu veriləcək. O, qanunla nikaha girən gənclərin hansı xəstəliyin daşıyıcısı olduğunu yaymamağa məsul olacaq».

Komitə sədri onu da deyib ki, xəstəlik daşıyıcısı olmaları gənclərin nikaha girməsini əngəlləməyəcək:

«Söhbət yalnız qarşılıqlı şəkildə məlumatlandırmadan gedir. Tibbi arayış buna görə məcburi olacaq». /MediaForum/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG