Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25
Noyabrın 23-ü günortadan sonra əsasən şimal və qərb rayonlarından başlayaraq hava kəskin pisləşəcək, temperatur 6-8 dərəcə enəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin kəskin soyuq və yağıntılı keçəcəyi, arabir sulu qar, bəzi ərazilərdə qar yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək.

Temperaturun anomal gedişi gözlənilir. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 24-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 1-4 dərəcə isti, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə və gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. /Milli Hidrometeorologiya Departamenti/

Günün bütün mövzuları

XS
SM
MD
LG