Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:50

YAP-ın Çinlə əlaqələri, İsa Qəmbərin müşahidələri...


Foto: Arxiv
Foto: Arxiv
«RAFİQ TAĞIYA YENİDƏN SUİ-QƏSD OLA BİLƏR»

«Azadlıq» qəzetinin məqaləsi belə adlanır. Qəzetin yazdığına görə, ailəsi yazarın həyatından narahatdır. Buna görə də yazılı şəkildə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hələlik bu müraciətə cavab verilməyib.

Rafiq Tağının qardaşı Alim Tağıyev: «Rafiqə 7 bıçaq zərbəsi vurulub. Bu o deməkdir ki, onu öldürmək istəyiblər və yenidən həyatına qəsd ola bilər...».

«EKS PREZİDENTLƏR HAQDA QANUN İLHAM ƏLİYEVİN ÖZÜNƏ LAZIM İDİ»

«Yeni Müsavat» qəzeti Müsavat başqanı İsa Qəmbərlə müsahibə dərc edib. O deyib ki, hakimiyyət bitdiyini dərk edir:

«Hakimiyyətin bitdiyini dərk etməsini təsdiq edən sübutlar ortadadır. Birincisi, «Eks-prezidentlər haqqında» qanunu qəbul etmələridir. Bu ilin yayına qədər ümumi şəkildə deyirdilər ki, buna ehtiyac yoxdur, bəzən isə deyirdilər baxarıq».

İsa Qəmbər diqqəti ona çəkir ki, az sonra qanun müzakirəyə çıxarıldı və:

«bütün oxunuşlardan keçirdilər, hansı ki, bu konstitusiya qanunu kimi ciddi müzakirələrə ehtiyacı olan məsələ idi. Açıq-aydın göründü ki, bəzən Elçibəyin, bir çox hallarda isə Ayaz Mütəllibovun adını hallandırsalar da, özlərindən narahatdırlar. Gələcəkdə özləri üçün hüquqi baza hazırlayırlar. Hətta təkcə dövlət başçısı üçün yox, onun ailə üzvlərinin toxunulmazlığı məsələsi də qoyulur. «Eks-prezidentlər haqqında» qanun daha çox indiki dövlət başçısı İlham Əliyevin özünə lazım idi…».

YAP ÇİN KOMMUNİSTLƏRİ İLƏ ƏLAQƏ QURUR

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovdan müsahibə götürüb. O, Çin Kommunist Partiyası ilə YAP-ın əlaqələrindən danışıb:

«YAP əlaqələr qurarkən ideoloji zəminlərlə məhdudlaşmaq istəmir. Sağ mərkəzçi partiya olmağımıza baxmayaraq, Çin Kommunist Partiyası ilə daha sıx əlaqələr qururuq. Hesab edirəm ki, YAP-ın Çində hakimiyyətdə olan ÇKP ilə əməkdaşlığı iki ölkə münasibətlərinin inkişafına əhəmiyyətli dərəcədə təkan verir. Çin iqtisadi cəhətdən bu gün dünyanın ikinci güclü ölkəsidir...

Bu gün Azərbaycanın Çinlə dostluq münasibətləri qurması bütövlükdə ölkəmizin dövlət və milli maraqlarına cavab verir...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG