Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

Misirin yeni hakimiyyəti güzəştə gedir


Misirin Tahrir meydanına yığışan minlərlə etirazçı hərbi hakimiyyət tərəfindən edilən güzəştləri rədd edib.

Hüsnü Mubarəkdən sonra ölkəyə rəhbərlik edən Hərbi Şuranın rəhbəri Hussein Tantawi yerli televiziya ilə çıxışında təklif edib ki, 2012-ci ilin birinci yarısında prezident seçkisi keçirilsin. O, həmçinin hərbi hakimiyyətin tez başa çarması üçün bir sıra təkliflər edib.

Həbi Şuranın əvvəlki planına görə 2012, hətta 2013-cü ilə qədər Misiri idarə etməli idi.
ABŞ da Misirin müvəqqəti hakimiyyətini zorakılığa görə ittiham edib. Dövlət Departamentinin sözçüsü Victoria Nuland jurnalistlərə deyib:

- ABŞ Misirdəki zorakılıqdan narahatdır. Biz polis tərəfindən həddən artıq çox güc işlədilməsinin əleyhinəyik. Misir hökumətini son dərəcə təmkinli davranmağa və misirlilərin söz və ifadə azadlığını müdafiə etməyə çağırırıq.


Bir neçə gündür ki, Tahrir meydanına yığılan minlərlə etirazçı Hərbi Şuranın istefaya getməsini tələb edir. Polislə baş verən qarşıdurmada ölən və yaralananlar var.
Noyabrın 28-də ölkədə parlament seçkisi keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG