Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

Aksiya zamanı saxlanan kənd sakini azad edilib


Salyan rayon Polis İdarəsində saxlanan Qarabağlı kənd sakini Aqil Qasımov noyabrın 22-si axşam saatlarında sərbəst buraxılır.

A.Qasımov noyabrın 21-i saxlanmışdı. O, noyabrın 18-i kənd sakinlərinin qaz tələbi ilə keçirdiyi aksiyada hakimiyyət nümayəndəsi - sahə rəisi Elşən Yusifova zor tətbiq etməkdə ittiham olunurdu.

A.Qasımov sərbəst buraxılsa da, yaşadığı yeri tərk etməmək haqqında iltizam alınıb, araşdırma aparılır.

A.Qasımov AzadlıqRadiosuna özünü günahsız hesab etdiyini deyir:

«Mən heç kimə qarşı əl qaldırmamışam, aksiyada iştirak etmək niyyətim də olmayıb, orada təsadüfən olmuşam. Aksiya zamanı gördüm ki, məni maşına basırlar. Qadınlar irəli keçib imkan vermədilər. İndi isə üstümə düşüblər ki, Elşən Yusifovu sən vurmusan, boynuna al».

Aksiya zamanı xəsarət alan sahə rəisi E.Yusifov isə onu vuranın A.Qasımov olduğunu deyir.

Hadisə ilə bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG