Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:13

Sarkisianın Tbilisiyə səfərinin vaxtı müəyyənləşdi


Ermənistan prezidenti Serj Sarkisianın Tbilisiyə səfərinin vaxtı müəyyənləşib.
O, gələn həftə - noyabrın 29-30-u Gürcüstana rəsmi səfər edəcək.
Ermənistanın prezident aparatı bildirir ki, “səfər zamanı Ermənistan-Gürcüstan əməkdaşlığını inkişaf etdirən sənədlər imzalanacaq.”

Səfərin eyni tarixini Gürcüstan prezidentinin sözçüsü Manana Manjgaladze də elan edib.

Buna ona görə diqqət yetirilir ki, keçən ay Manjgaladze elan etmişdi ki, Sarkisian noyabrın əvvəlində Gürcüstana səfər edəcək.
Ancaq bunu Ermənistan tərəfi dərhal təkzib etdi. Yerevan bildirdi ki, Sarkisianın Tbilisiyə heç bir səfəri nəzərdə tutulmur.

Tbilisidən və Yerevandan o vaxt verilən bəyanatların bir-birinə zidd olması söz-söhbətə səbəb oldu ki,
bununla Sarkisian Saakaşvilinin bəyanatına öz narazılığını bildirir.

Oktyabrın əvvəlində Ermənistanın şimalında güclü yer sürüşməsi olanda, 40-a qədər maşın torpağın altında qalnada Ermənistanın apardığı bərpa işləri uzun çəkdi və onda onda Gürcüstan prezidenti demişdi ki, Gürcüstan hakimiyyəti bu işləri daha tez və səmərəli görərdi.
Media məlumatlarına görə, Saakaşvilinin belə deməsi Sarkisianın xətrinə dəyib.

Noyabrın 7-də isə Yerevana gələn Gürcüstanın xarici işlər naziri Grogol Vashadze təkidlə bildirdi ki, Sarkisianın səfəri təxirə salınmayıb, sadəcə olaraq
tərəflər səfəri vaxtında təşkil edə bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG