Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Eynulla Fətullayev Beynəlxalq Mətbuat Azadlığı mükafatını alır


Eynulla Fətullayev mükafatlandırma mərasimində
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Noyabrın 22-də Nyu-Yorkda Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 2011-ci ilin Beynəlxalq Mətbuat Azadlığı Mükafatlarının təqdimetmə mərasimini keçirib. 2009-cu ildə həmin mükafata layiq görülən, amma həbsdə olduğu üçün onu ala bilməyən azərbaycanlı jurnali

Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) noyabrın 22-də 2011-ci ilin Beynəlxalq Mətbuat Azadlığı Mükafatlarının təqdimetmə mərasimini keçirir. Bu il mükafatlar Bəhreyndən Mansoor al-Jamri, Belarusdan Natalya Radina, Meksikadan Javier Valdez Cárdenas və Pakistandan Umar Cheema-ya verilir.

Ancaq təqdimat mərasimində 2009-cu ildə mükafata layiq görülən, amma həbsdə olduğu üçün onu ala bilməyən azərbaycanlı jurnalist Eynulla Fətullayev də var. AzadlıqRadiosu Eynulla Fətullayevlə bu haqda söhbətləşib.
- 2 il gecikməylə bu mükafatı almaq hansı hisslər yaradır?

- Bu sevinc hissi yaradır. Amma eyni zamanda başa düşürsən ki, həbsdə keçirdiyin illər zamanı beynəlxalq ictimaiyyət, ABŞ ictimaiyyəti boş oturmamışdı, bu məsələnin həlli ilə məşğul olurdu. Düzü bir neçə gündür ABŞ-dayam və bu, məndə qarışıq hisslər yaradır. Çünki, o qədər böyük diqqət var ki, insan çox duyğulanır. Mənim gəlməyimlə bağlı ABŞ-dakı Nobel mükafatı laureat Joseph Stiglitz öz evində ziyafət təşkil eləmişdi. Ora jurnalistlər, ictimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri gəlmişdilər. Hiss etdim ki, həbsdə olduğum illər ərzində bu insanlar azadlığa çıxmağım üçün əllərindən gələni ediblər.

Bu təkcə mənə yox, ümumiyyətlə Azərbaycanda və bütün dünyada, bütün problemli regionlarda insan haqlarına, ifadə azadlığına olan münasibəti göstərir.

- 2009-cu ildə mükafatın sənə verildiyini eşidəndə, nə vaxtsa azadlığa çıxıb onu şəxsən ala biləcəyinə inanırdınmı? Çünki sənə qarşı üst-üstə ittihamlar irəli sürülmüşdü, həbs müddətin uzadılmışdı...

- Bu mükafatın verilməsi xəbərini mənə çatdıranda çox sevinmişdim. Hətta həm Jurnalistləri Müdafiə Komitəsi, həm də çoxları düşündü ki, indi məni azadlığa buraxacaqlar və mükafatı alacam.

Amma bu mükafatdan sonra mənə münasibət daha da aqressivləşirdi. Həbsdə olduğum son il azadlığa çıxacağıma artıq inanmırdım. Ümidim qalırdı, amma real fikirləşəndə düşünürdüm ki, bunlar məni Avropa Məhkəməsinin qərarından sonra da buraxmadılar, artıq buraxmazlar. Amma tale bizi təəccübləndirir.

- Sən ABŞ-da olanda Azərbaycanda yazıçı Rafiq Tağıya da hücum olundu, onu bıçaqladılar. Və özünün və çoxlarının düşüncəsinə görə, bu hücum onun mətubatdakı yazıları ilə bağlı olub...

- Bu, dəhşətli hadisədir. Mən bunu oxuyandan sonra şok oldum. Çünki Rafiq Tağı ilə biz eyni müddətdə həbsdə də yatmışıq. O dəyərli yazıçıdır, ziyalıdır. Bu hadisə bir daha göstərdi ki, ölkədə ifadə azadlığı ilə bağlı ciddi problemlər var.

Fərqi yoxdur, bu hücumun arxasında kim dayanır. Ölkədə bu cür hadisələrin yaranması üçün münbit zəmin var ki, bu və ya digər qüvvələr jurnalistlərə qarşı, yazıçılara qarşı, fakir adamlarına qarşı bu cür cəza tədbirlərini belə asanlıqla həyata keçirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG