Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

Ermənistanda 3 nəfəri Azərbaycan casusluqda ittiham edirlər


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində 3 şəxsin vətənə xəyanət, daha 3 nəfərin isə bu barədə bilib-məlumat verməmək ittihamı ilə ilkin istintaqı başa çatıb.

İstintaqın gedişində qanuna riayət olunmasına nəzarət edən prokuror ittihamları təsdiq edib.

“Novosti Armenia” Ermənistanın Baş Prokurorluğundan öyrənib ki, ittihama görə, Ermənistanın 3 vətəndaşı – K.Meqrabyan, R.Matevosyan, A.Çtrkyan Türkiyədə olarkən Azərbaycanın xüsusi xidmətlərinin diqqətini cəlb ediblər və onlara əməkdaşlıq təklif olunub.

Mükafat müqabilində onlar Ermənistanın və Dağlıq Qarabağın silahlı qüvvələri, komandir heyəti, texnikası haqda məlumat toplayıb, Azərbaycana verməli idilər.

Onların hər 3-ünə vətənə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqda məlum olub ki, daha 3 nəfər onların pul müqabilində kəşfiyyat materialları toplayıb, Azərbaycana verəcəklərini bilirdilər, ancaq bu barədə Ermənistanın hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Onlara qarşı cinayəti bilib-məlumat verməmək maddəsi ilə ittiham qaldırılıb.
Cinayət işləri məhkəməyə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG