Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

«Oğruların və yaramazların partiyası»


Krasnoyarskda yerləşən 3 saylı gimnaziyanın 15 yaşlı tələbəsi Matvey Tsivinyuk hakim «Vahid Rusiya» Partiyasının məktəb zalında yerləşən plakatını korlayıb.

M.Tsivinyuk gimnaziyanın direktoru ilə söhbətini gizlicə videoya çəkib və bu kadrları «YouTube»da yayımlayıb.

M.Tsivinyuk plakatı cırıb, salamat qalan hissəsinə isə bunları yazıb: «Oğruların və yaramazların partiyası».

Onu təcili direktorun otağına çağırırlar. Matvey isə direktor Aleksandra Pronina ilə söhbətini gizlicə lentə alıb. Kadrlarda direktorun üzü aydın görünməsə də, onların dialoqu aydın eşidilir:



- Nəyləsə razılaşmırsansa, nümayişə get, amma məktəbdə yox…

- Federal qanunun 5-ci bəndinin 9-cu maddəsinə əsasən…

- Kifayətdir, Matvey! Hansısa maddə məni maraqlandırmır... Ailənin çoxlu pulu var? Valideynlərin ola bilsin ki, sənin xuliqanlığına görə böyük cərimə ödəsinlər.

- Bir parça kağıza görə cərimə?

- Xuliqanlığa görə! Anladın?! Bu, elə-belə kağız deyil. Bu, siyasi plakatdır.

- Bu, məktəbdə ola bilməz. Qanuna görə, təhsil müəssisəsində siyasət qadağandır, o cümlədən, təbliğat.

- Bu, təbliğat deyil.

- Bəs onda nədir?

- Bu, təbliğat deyil. Sən burda adamların bioqrafiyasını oxuya bilərsən. Mən sənə qəti deyirəm, plakatları korlamağa davam etsən, səni polisə verəcəm.

- Onlar nə edəcəklər ki?

- Bilmirəm. Bu, başqa sahədir. Mənim sahəm təhsildir. Amma səni xəbərdar etməliyəm! Sən Vladimir İliç Leninin bioqrafiyasını oxusaydın…

- Mən ona hörmət etmirəm.

- Sadəcə sənə deyirəm ki, onu gimnaziyadan qovdular. Oxuduğu Kazan Universitetindən çıxardılar. Bilmirəm, sən də eyni taleyi bölüşərsənmi?..

Hələ ki, M.Tsivinyuku nə gözlədiyi bəlli deyil.

Hər halda, bu qalmaqal dekabrda Dövlət Dumasına seçkilər ərəfəsində hakim partiyanın inzibati resurslardan istifadə etməsi haqda müzakirələri daha da qızışdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG