Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Araz Ağalarov Vladivostokda universitet şəhərciyi tikir


Gələn il Rusiyada ATES (Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) təşkilatının sammitinin keçirilməsi ilə əlaqədar Vladivostokun Russkiy adasında yeni universitet şəhərciyi salınır.

Tikintinin gedişinə həsr olunan mətbuat konfransında tikintinin baş podratçısı “Krokus İnterneşnl” QSC-nin sədri Araz Ağalarov deyib ki, miqyasına görə bu layihənin dünyada analoqu yoxdur. Ümumi sahəsi 900 min kv. metr olan Uzaq Şərq Federal Universitetinin binalar kompleksi unikal təbii landşafta malik olan 250 hektarlıq ərazidə yerləşir.

Onun sözlərinə görə, bu iddialı layihənin həyata keçirilməsini ona 2009-cu ildə Rusiya hökuməti tapşırıb. O vaxt bu adada heç nə yox idi.

Tikintinin 2012-ci ildə başa çatacağını deyən Ağalarov universitet şəhərciyinin açılışının ATES-in sammiti ilə bir vaxta düşəcəyini söyləyib.
XS
SM
MD
LG