Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:38

Bil Gates məhkəmədə şahid ifadəsi verməlidir


Bu gün məhkəmədə Bill Gates şahid ifadəsi verməlidir. O, Novell şirkətinin Microsfta qarşı
1 milyard dollarlıq iddiası ilə bağlı çıxış etməlidir.

Novell iddia edir ki, 1990-cı illərdə Microsoft onun word proqramını Windows sistemində istifadə etməyə söz vermişdi, ancaq Microsoft proqramı almadı.
Bundan sonra Novell məcbur olub həmin proqramı 1 milyard 200 milyon dollar ziyanla satıb.

Gatesin cavabı budur ki, Microsoftun word proqramı dünyada birinci idi, onun kənardan proqram almağa ehtiyacı yox idi.

Microsoftu Gates 19 yaşında yaradıb. Hazırda Microsoftun bazar qiyməti 210 milyard dollardır.
XS
SM
MD
LG