Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Bakıda köhnə mənzillərin qiyməti düşməkdə davam edir


Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin apardığı monitorinqə görə, Bakıda yeni mənzillər bazarında satışa təklif edilən bahalı mənzillərin sayı artır.
Bahalı mənzil deyəndə kvadrat metri 1000 manatdan yuxarı olan mənzillər nəzərdə tutulur.

Bazarda isə daha çox ucuz mənzillər (kv metri 500-700 manat) satılır.

Satışa təklif olunmuş mənzillərin orta qiymətində heç bir dəyişiklik baş verməyib və 1 kv. m-ə 837 manat səviyyəsində qalıb.

Köhnə mənzillər bazarında isə qiymətlər düşməkdə davam edir.
XS
SM
MD
LG