Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Ocampo bu gün Tripolidə Liviya hakimiyyəti ilə danışıqlar aparacaq.
Danışıqların əsas mövzusu Muammar Qaddafinin böyük oğlu Seif al-Islamın və Liviya təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Abdullah al-Senussinin həbsindən sonra harada mühakimə olunmaları ilə bağlı olacaq.
Liviya Milli Keçid Şurası onların Liviyada mühakimə olunmasını istəyir. Haaqa Məhkəməsi isə iyunun 27-də onların həbsi və mühakiməsi haqqında order verib. Onlar insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.