Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

«Xural» qəzetinin müxbiri 3 il azadlıqdan məhrum edildi


Noyabrın 21-də Lənkəranda hakim Elçin Kazımovun sədrliyi ilə «Xural» qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Caniyevin məhkəməsi olub. A.Caniyev vəkildən imtina edib.

Zərərçəkən qismində çıxış edən Lənkəran rayon Səpinəkəran məscidinin axundu Mirbaba Tahirov A.Caniyevin ona xəsarət yetirdiyini bildirib. A.Caniyev axundla mübahisə etdiyini, lakin xəsarəti yetirmədiyini söyləyib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə təqsirli bilinən A.Caniyevə 4 il iş istənilib.

Müşavirədən sonra məhkəmə jurnalisti 3 il azadlıqdan məhrumetmə haqda hökm çıxarıb.

«Yeni nəsil» Jurnalistlər Birliyinin cənub bölgəsi üzrə nümayəndəsi, «Cənub xəbərləri» qəzetinin redaktoru Zahir Əmənov hökmü ədalətli saymır:

«Aydın iki dənə daş atıb, ona üç il iş verirlər. Əlbəttə pis baxıram».

Lənkəranda fəaliyyət göstərən «Hüquqi yardım» İctimai Birliyinin rəhbəri İlqar Qasımov da məhkəmənin hökmündən razı deyil:

«Aydının hərəkətlərində səhvlər var idi. Bir jurnalist kimi onun həbsini yaxşı qarşılamıram».

A.Caniyev bu il sentyabrın 7-də saxlanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İki aydan çox idi ki, həbsxanada yatırdı.

A.Caniyev daha çox məscidlərdə baş verən özbaşınalıqlardan və din adamlarından yazırdı. Bir çoxları onun həbsini bununla izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG