Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:53

Erdogan Assad rejiminin sonun çatdığını deyir


Türkiyə Baş naziri Recep Tayyip Erdogan bildirib ki, Suriya prezidenti Bashar al-Assadin hakimiyyətinin sonu çatıb.

Noyabrın 21-də İstanbulda çıxış edən Erdogan deyib ki, Assad hələ ki, tanklara və toplara bel bağlayır, ancaq onun da getməsinin vaxtı gələcək.

Son aylarda Türkiyə al-Assad hakimiyyətini etirazçılara divan tutduğu üçün ciddi tənqid edir. Bu tənqidlərdən Suriyada Türkiyə səfirliyi və konsulluğuna hücum olub, Türkiyə bayrağı yandırılıb.

Noyabrın 21-də isə Suriyada Səudiyyə Ərəbistanından qayıdan, Türkiyə vətəndaşlarının olduğu üç avtobus hücuma məruz qalıb. İki nəfər - avtobus sürücüsü və bir zəvvar yaralanıb. Şahidlər bildiriblər ki, Türkiyə-Suriya sərhədində onlara suriyalı hərbçilər atəş açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG