Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:34

Suriyada Türkiyə vətəndaşlarına hücum olub


Bu gün Suriyada Səudiyyə Ərəbistanından qayıdan, Türkiyə vətəndaşlarının olduğu üç avtobus hücuma məruz qalıb. İki nəfər - avtobus sürücüsü və bir zəvvar yaralanıb. Şahidlər bildiriblər ki, Türkiyə-Suriya sərhədində onlara suriyalı hərbçilər atəş açıb.

Avtobusun yaralanmış sürücü bildirib ki, hərbçilər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı söyüblər. Avtobus sərhədi keçə bilib. Suriya tərəfi baş verənləri şərh etməyib.

Bu gün İstanbulda Rəcəb Tayyip Ərdoğan Bashar Assadə xitabən bildirib ki, “bir gün sən də gedəcəksən” .
XS
SM
MD
LG