Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:14

AB Misirdəki qanlı qarşıdurmaları pisləyib


Avropa Birliyi Misirdə baş verən qanlı qarşıdurmaları pisləyib. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Caterine Ashton tərəfləri qarşıdurmalar son qoymağa çağırıb.

Təhrir meydanında üçüncü gündür etiraz nümayişi davam edir. Polislə nümayişçilər arasında baş verən qarşıdurma nəticəsində şənbə günü 2, bazar günü 10 adam ölüb. Həkimlərin verdiyi məlumata görə, üç gün davam edən qarşıdurma nəticəsində 500 minə yaxın adam yaralanıb.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz nümayişidir. Noyabrın 28-də Misirdə parlament seçkiləri keçiriləcək.

İslahatların ləngiməsinə etiraz edən nümayişçilər hesab edirlər ki, indiki hərbi rəhbərlik hakimiyyəti qoruyub saxlamağa çalışacaq.
XS
SM
MD
LG