Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:47

Dəmiryol biletləri elektron satışdadır


Noyabrın 21-dən Azərbaycanda daxili və xarici sərnişin reysləri üçün dəmiryol biletlərinin onlayn satışı başlanıb.

Biletləri www.railway.gov.az internet saytı vasitəsilə «Onlayn bilet» bölməsində əldə etmək olar. Ödəniş plastik kartlar vasitəsilə həyata keçirilir.

Onlayn bilet satışı qatarın hərəkətinə 2 saat qalmış dayandırılır.

Biletlərin satışı üçün vaxt məhdudiyyəti də var: yalnız saat 7:00-dan 23:00-dək sifariş vermək mümkündür.

Bununla yanaşı, qatar biletləri adi qaydada da satılacaq.
XS
SM
MD
LG