Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:14
İstanbul Memorial Xəstəxanasının həkimi ağır vəziyyətdə olan xalq artisti Yaşar Nurinin səhhəti ilə əlaqədar Bakıya gəlib.

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva «APA»ya deyib ki, türkiyəli həkim ötən həftəsonu Mərkəzi Gömrük Xəstəxanasında müalicə olunan Yaşar Nurini müayinə edib:

«Biz Yaşarın səhhətinin düzəlməsi üçün bütün vasitələrə əl atırıq. Amma bu cəhdimizdən də ümidverici heç nə çıxmadı. Həkim gəldi, müayinə etdi və getdi. Əslində hər şey o qədər aydındır ki... Amma çox çətindir».

R. Nuriyeva onu da deyib ki, Yaşar Nurinin yanında olduğu gün aktyorun vəziyyəti qəflətən pisləşib, artıq 4 gündür, ağır vəziyyətdədir:

«Mən yanında olan gün birdən-birə yaxşılaşdı, elə bir ani olaraq düzəldi. Həmin günün axşamı isə yenidən pisləşdi. Hazırda reanimasiyadadır».

Türkiyədən Yaşar Nurini müayinə etmək üçün Bakıya gəlmiş həkim ümidverici heç nə deməyib. Aktyorun Türkiyəyə aparılmasını da məsləhət görməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG