Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:47

Qahirədəki nümayişlərdə 35 adam ölüb (VİDEO)


Misirin paytaxtı Qahirədə - Təhrir Meydanında üçüncü gündür etiraz nümayişi davam edir.

Polislə nümayişçilər arasında baş verən qarşıdurma nəticəsində 35 adam ölüb, 1000-ə yaxın adam yaralanıb.

Bu, keçmiş prezident Hosni Mubarak'in devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz nümayişidir.

Gərginlik seçki ərəfəsinə təsadüf edir. Noyabrın 28-də Misirdə parlament seçkiləri keçiriləcək.

Aksiyaçılar hakimiyyətin hərbi qüvvələrdən alınaraq mülki şəxslərə verilməsini tələb edirdilər. Fevralın 11-dən ölkəni Misir Silahlı Qüvvələrinin Ali Şurası idarə edir.

XS
SM
MD
LG