Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:41

Bazar günü Suriyada daha 3 nümayişçi öldürülüb


Bazar günü Suriyada təhlükəsizlik qüvvələrinin keçirdiyi reydlər zamanı azı 3 nəfər ölüb.

Onlardan ikisi Homs şəhərində, biri isə ölkənin şimalında öldürülüb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Dəməşq sakinləri həmçinin şəhərdə iki güclü partlayış baş verdiyini deyirlər.

Həmçinin bundan əvvəl hakim Bəəs partiyasının şəhərdəki qərarkahı
qumbaraatanlardan atəşə tutulub.
XS
SM
MD
LG