Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:46

Ərəb Dövlətləri Liqası Suriyanın təklifini rədd edib


Ərəb Dövlətləri Liqası Dəməşqin Suriyadakı siyasi böhranın həlliylə bağlı sülh planına etdiyi düzəlişi rədd edib.

Təşkilatın yaydığı bəyanatda bu düzəlişlərin Liqanın sülh planına zidd olduğu bildirilir.

Bu planda əsasən ordusunun şəhərlərdən çıxarılması və Suriyaya ərəb ölkələrindən yezlərlə müşahidəçi göndərilməsi nəzərdə tutulur.

Ərəb Dövlətləri Liqası ölkələrinin bu planın yerinə yetirilməsilə bağlı Suriya hakimiyyətinə verdiyi vaxt dünən başa çatıb.

Suriyada polislə müxalifət tərəfdarları arasında toqquşmalar davam edir.

Bazar gününə keçən gecə Dəməşqdə hakim Bəəs partiyasının qərərgahı qumbaraatanlardan atəşə tutulub.

Şənbə günü azı daha 15 adamın öldürüldüyü xəbər verilir.

Prezident Bashar Assad bu ərəfədə Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində beynəlxalq təzyiqlərə boyun əyməyəcəyini, xaricdən müdaxilə olacağı halda isə ölüməcən mübarizə aparmağa hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG