Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:23

Liviya rəhbərliyi Saif al İslamın məhkəməsinin ədalətli olacağını deyir


Liviya rəhbərliyi keçmiş dikdator Muammar Qaddafinin həbs edilmiş oğlu Saif al
İslamla haqq-hesab çəkilməsinə yol verməyəcəyini və məhkəmənin ədalətli olacağını vəd edib.

Liviyanın baş naziri Abdel Rahim al Kib bildirib ki, hakimiyyət onun harda mühakimə olunmasıyla bağlı hazırda Haaqa məhkəməsilə müzakirələr aparır.

Haaqa Məhkəməsi Saif al İslamı Liviya üsyanı zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham edir.

Böyük Britaniya ilə Birləşmiş Ştatlar Liviya rəhbərliyini Haaqa məhkəməsilə əməkdaşlıq etməyə və ədalətli məhkəmə keçirməyə çağırıblar.

Saif al İslam və onun bir neçə cangüdəni Liviyanın cənubunda həbs edilib.
XS
SM
MD
LG