Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:40

Samir Cavadzadə saxlanıb


Elnur Hüseynov və Samir Cavadzadə 2008-ci ildə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edib
Elnur Hüseynov və Samir Cavadzadə 2008-ci ildə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edib
Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Samir Cavadzadə otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanıb.
Noyabrın 21-də Samir Cavadzadənin barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbirinin seçiləcəyi bildirilir.
Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, fotoqraf Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb. Baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı iki dəfə ekspertiza keçirilib. Ekspert rəyinə görə, Samir Cavadzadə tərəfindən bıçaqlanan Elvin Hüseynovun xəsarəti ağır qiymətləndirib. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
İstintaq başa çatdıqdan sonra məhkəmə S. Cavadzadənin törətmiş olduğu cinayəti sübuta yetirəcəyi təqdirdə onu 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Samir Cavadzadə 2008-ci ildə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edib.
XS
SM
MD
LG