Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:25

İranlı komandir sınaq zamanı ölüb


İran İslam Qvardiyasının yüksək rütbəli komandirlərindən biri Hasan Tehrani
Moqhaddam qitələrarası balistik raket proqramının sınağı zamanı ölüb.

Məlumatlara görə həmin vaxt testin sonuncu mərhələsi keçirilirmiş.

Bu barədə yerli media onun qardaşına istinadla xəbər verirlər.

O noyabrın 12-də Tehranın 40 kilometrliyindəki hərbi bazada baş vermiş partlayış zamanı ölüb.

Həmin partlayış zamanı onunla yanaşı 20 hərbçi də ölüb.

Bundan əvvəl partlayışın hərbi avadanlıq daşınarkən baş verdiyi bildirilirdi.
XS
SM
MD
LG