Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Tehran beynəlxalq nüvə agentliyinin qətnaməsini tarixi səhv adlandırıb


İran Beynəlxalq Atom Enerjisi Agentliyinin onun nüvə proqramıyla bağlı qəbul etditi qətnaməni tarixi səhv adlandırıb.

Sənəddə İranın nüvə proqramının ciddi narahatlıq doğurduğu bildirilir, qeyd olunur ki, agentlik İranın gizlicə nüvə silahı üzərində işləməsilə bağlı sübutlara artıq göz yuma bilmir.

Amma qətnamədə İrana qarşı kəskin tədbirlər nəzərdə tutulmur.
Analitiklər bunun Rusiya və Çinin mövqeilə bağlı olduğunu deyirlər.

İran parlamentinin BMT-nin nüvə agentliyi ilə əməkdaşlıq məsələsinə baxacağı gözlənilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını araşdırmaq üçün bu ölkəyə müşahidəçilər qrupu göndərmək istəyir.
XS
SM
MD
LG