Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:54

İsveçrədə çılpaq gəzmək qadağan edildi


Foto: Arxiv
Foto: Arxiv
İsveçrənin Ali Məhkəməsinin yeni qərarına əsasən, yerli hakimiyyət orqanları Alp dağlarında çılpaq gəzən şəxsləri cərimələyə bilər. Federal Məhkəmə belə cərimələnmiş bir şəxsin şikayətin rədd edib. Həmin şəxs ailəvi istirahət zamanı ərazidə lüt gəzirmiş.

İsveçrədə ictimai yerlərdə lüt gəzməyi qadağan edən qanun yoxdur. Ancaq ictimai əxlaqı qoruyan qanun var. Hakimlər də düşünürlər ki, Appenzell əyalətində hakimiyyət orqanları həmin qanundan istifadə edib cərimə yaza bilərlər.

Lüt gəzən adam isə 100 İsveçrə frankı (109 dollar) cərimələnib.

BBC-nin Cenevrədəki müxbiri deyir ki, son vaxtlar İsveçrədə lüt gəzmək halları artır. Bu, dəbə, istirahət növünə çevrilir. Ancaq Appenzell çox dindar və mühafizəkar yerdir. Burada qadınların səs vermək hüququ 1990-cı ildə tanınıb.

Məhkəmənin həmin bu qərarı isə ölkənin bütün ərazisinə şamil olunacaq. Bundan sonra lüt gəzmək həvəsinə düşənlər onlara qucaq açacaq başqa ölkələr axtarmalı olacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG