Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

NATO qüvvələrilə Əfqanıstan polisi arasında atışma olub


Şənbə gününə keçən gecə səhvən NATO qüvvələrilə Əfqanıstan polisi arasında baş vermiş atışmada 2 polis ölüb.

Hadisənin baş verdiyi Qəzni əyalətinin polis rəisi bildirib ki, buna səbəb NATO qüvvələrinin gecə əməliyyatı barədə polisə məlumat verməməsi olub.

Atışma polislər hərbçiləri nəzarət-buraxılış məntəqəsində saxlamaq istəyərkən baş verib.

NATO komandanlığı bildirib ki, hərbçilər özünümüdafiə məqsədilə atəş açıblar.

Qəzni əyalətinə nəzarət yaxın vaxtlarda yerli qüvvələrə keçməlidir.

2014-cü ilin sonunadək NATO qüvvələrinin Əfqanıstandan tam çıxarılması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG